...

İsrail Yəmənin Qırmızı dənizdəki limanına aviazərbələr endirib

Dünya xəbərləri Materials 21 İyul 2025 12:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbi hava qüvvələri Yəmənin Qırmızı dəniz sahilində yerləşən və hazırda “Ənsar-Allah” hərəkatına aid husi döyüşçülərin nəzarətində olan Hodeydə limanında yerləşən hərbi obyektlərə zərbələr endirib.

Trend bu barədə İsrailin Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.

“İsrail ordusu Hodeydə limanında terrorçu husi rejiminə məxsus olan hərbi infrastruktura zərbələr endirib və onları məhv edib”, - deyə İDF-in bəyanatında deyilir.

Aviahücum zamanı “liman infrastrukturunun bərpasında istifadə olunan mühəndis texnikası”, “yanacaq çəlləkləri”, “İsrail Dövlətinə qarşı hərbi əməliyyatlar və güc tətbiqi üçün istifadə olunan hərbi gəmilər”, eləcə də, “limana bitişik dəniz zonasındakı gəmilər” hədəfə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti