Bakı. Trend:
Qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29.6 faizdən 2025-ci ildə 40 faizə yüksəlib.
Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövıət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb:
“Məsələn, Lənkəran buna nümunədir. Ümumilikdə qəbul yerlərinin 60 faizi regionlar üçün nəzərdə tutulub”.