...

İran və “Avropa üçlüyü” arasında nüvə danışıqlarının yeni raundu keçiriləcək

Dünya xəbərləri Materials 21 İyul 2025 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də İstanbulda İran və “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) arasında İranın nüvə proqramı ilə bağlı yaranmış böhranın həllinə dair danışıqların növbəti raundu baş tutacaq.

Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi ölkənin dövlət televiziya və radio şirkətinin sualını cavablandırarkən məlumat verib.

O bildirib ki, Avropa ölkələrinin müraciətinə cavab olaraq, İran “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) üç avropalı iştirakçısı ilə danışıqların yeni mərhələsinin keçirilməsinə razılıq verib.

Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İranı bu danışıqlarda Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti