...

“Barselona” Markus Reşfordu icarəyə götürür

İdman Materials 19 İyul 2025 21:01 (UTC +04:00)
“Barselona” Markus Reşfordu icarəyə götürür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” İngiltərənin “Mançester Yunayted” klubuna məxsus hücumçu Markus Reşfordu satınalma (opsion) şərti ilə icarəyə götürəcək.

Trend xəbər verir ki, klublar arasında anlaşma yekunlaşıb. 27 yaşlı futbolçunun yaxın günlərdə Kataloniyaya gələrək tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Müqavilədə gələcəkdə tam transferi mümkün edən satınalma maddəsinin yer aldığı bildirilir.

Qeyd edək ki, Markus Reşford 2024/2025 mövsümünün ikinci hissəsini icarə əsasında “Aston Villa”da keçirib və komandanın heyətində 17 oyunda 4 qol vurub.

Xəbər lenti

Xəbər lenti