...

Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 21 İyul 2025 00:05 (UTC +04:00)
Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Kipr məsələsində dəstəyə görə təşəkkür edib.

Trend xəbər verir ki, iyulun 20-də Sülh və Azadlıq Günü münasibətilə keçirilən rəsmi mərasimdə çıxış edən Türkiyə prezidenti şəhidləri rəhmətlə yad edib, qazilərə uzun ömür və can sağlığı arzulayıb.

“Bu həyəcanı və qüruru bizimlə bölüşən hər kəsə, xüsusilə Azərbaycandan, Pakistandan və Bolqarıstandan olan əziz qonaqlarımıza ən səmimi salamlarımı çatdırıram,” – deyə Ərdoğan bildirib.

Prezident Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammiti zamanı qəhrəman Şimali Kipr Türk Respublikasının bayrağının digər dövlətlərin bayraqları ilə bərabər qürurla dalğalandığını vurğulayıb.

“Kipr mübarizəmizdə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm,” – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti