...

Füzulidə 7052 ədəd xaş-xaş kolu məhv edilib

Hadisə Materials 19 İyul 2025 13:26 (UTC +04:00)
Füzulidə 7052 ədəd xaş-xaş kolu məhv edilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunda 7052 ədəd xaş-xaş kolu məhv edilib

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Divanlar kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti