...

Konqoda hökumət qüvvələri ilə M23 üsyançıları arasında toqquşmalar baş verib

Dünya xəbərləri Materials 21 İyul 2025 02:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şərqində yerləşən Valunqu rayonunda (Cənubi Kivu əyaləti) hökumət qüvvələri ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında şiddətli toqquşmalar qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Bildirilir ki, döyüşlər Konqo səlahiyyətliləri və M23 rəhbərliyinin Dohada atəşkəsə riayət olunacağına dair bəyannamə imzalamasından cəmi bir gün sonra başlayıb. Toqquşmalar xüsusilə Bvenda və Muhono yaşayış məntəqələrində gedir.

Qətər və ABŞ-nin vasitəçiliyi ilə hazırlanmış həmin bəyannamədə avqustun 8-dək sülh danışıqlarının başlanması tələb olunur.

Xəbər lenti

Xəbər lenti