...

Donald Tramp BƏƏ-dəki əfqan qaçqınlara dəstək verəcəyini açıqladı

Dünya xəbərləri Materials 20 İyul 2025 21:54 (UTC +04:00)
Donald Tramp BƏƏ-dəki əfqan qaçqınlara dəstək verəcəyini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində yaşayan və deportasiya təhlükəsi ilə üzləşən əfqan qaçqınlara dəstək vermək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib:

"Mən bundan sonra onları xilas etməyə çalışacağam", – deyə o qeyd edib.

Söhbət 2021-ci ildə "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra ölkəni tərk edən və BƏƏ-də məskunlaşan bir qrup əfqandan gedir. Onlar vətənlərinə dönməkdən imtina edir, çünki yeni hakimiyyət tərəfindən təqib olunacaqlarından ehtiyat edirlər.

Məlumata görə, ABŞ rəsmiləri vəziyyətin gedişatını izləyir və deportasiyanın qarşısını almaq məqsədilə BƏƏ-dəki həmkarları ilə danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti