Bakı. Trend:
2025-ci ildə "AzərGold" QSC 225,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilib.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 58,6 milyon ABŞ dolları və ya 35,1% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream" MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, “SOCAR CAPE” MMC.
