Bakı. Trend:
Bu ilin 1 yanvar tarixinə Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bankın aktivlərinin həcmi 13,626 milyard manat təşkil edib.
İkinci sırada 11,321 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 9,407 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 120,291 milyon manat təşkil edib.
|
Banklar |
Aktivlər (min manat) |
|
ABB |
13 626 903 |
|
Kapital Bank |
11 320 937 |
|
PAŞA Bank |
9 407 313 |
|
Xalq Bank |
3 184 466.67 |
|
Bank Respublika |
2 725 674.2 |
|
AzərTürkBank |
2 188 501 |
|
UniBank |
2 132 916.81 |
|
Access Bank |
1 770 369 |
|
YeloBank |
1 515 245.64 |
|
RabitəBank |
1 402 299.85 |
|
ZiraatBank |
1 367 735.41 |
|
Bank of Baku |
1 152 476.07 |
|
Turan Bank |
907 176 |
|
Azərbaycan Sənaye Bankı |
826 188.05 |
|
YapiKrediBank |
792 728.03 |
|
Premium Bank |
677 669 |
|
Expressbank |
666 740 |
|
AFB Bank |
423 004.21 |
|
BTB Bank |
356 822 |
|
VTB Bank |
306 222 |
|
Avrasiya Bank |
214 509.62 |
|
Bank Melli İran |
120 291.07 |
