...

Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

İdman Materials 31 Yanvar 2026 00:51 (UTC +04:00)
Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial media platformasındakı rəsmi səhifəsində məlumat yayıb.

Daha əvvəl mediada 22 yaşlı yarımmüdafiəçinin yeni müqaviləyə əsasən maaşının ikiqat artırılacağı bildirilirdi. Eyni zamanda futbolçunun sərbəst qalma məbləğinin də iki dəfə yüksəldiləcəyi vurğulanırdı.

Fermin Lopez “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, 13 yaşında “Betis” akademiyasından Kataloniya klubuna qoşulub. Lopez əsas komandada bütün turnirlərdə 114 oyunda iştirak edib, 29 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 70 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti