Bakı. Trend:
Mərakeşin şimal-şərqində bir neçə gündür davam edən güclü yağışlar nəticəsində yaşayış evinin uçması iki nəfərin ölümü ilə nəticələnib.
Trend xəbər verir ki, bu barədə “Hespress” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hadisə Tuanat bölgəsində baş verib. Binanın çökməsinə həm aramsız yağışlar, həm də tikilinin qəzalı vəziyyətdə olması səbəb olub.
Portalın qeyd etdiyi kimi, son günlərdə güclü yağışlar nəticəsində eyni bölgədə daha iki ev də dağılıb. Həmin hadisələr zamanı tələfatın olub-olmaması barədə məlumat verilməyib.
