Bakı. Trend:
Yanvarın 30-da gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq-dan artıq narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Bildirilir ki, ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453.9 kq heroin, 394.2 kq marixuana, 2 kq 245,2 kq tiryək, 5 kq 224,72 qr həşiş, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.
Məhv edilən narkotik vasitələrin qiyməti 52 milyondan artıqdır.
