Bakı. Trend:
“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi Lukas Paketanın İngiltərənin “Vest Hem” klubundan transfer olunduğunu elan edib.
Trend xəbər verir ki, futbolçu ilə bağlanan müqavilə 2030-cu ilin sonunadək qüvvədə olacaq. Paketa “qırmızı-qaralar”ın heyətində 20 nömrəli forma ilə çıxış edəcək.
Flamenqo” bu transfer üçün Braziliya futbolu tarixində rekord məbləğ sayılan 42 milyon avro ödəyib.
Qeyd edək ki, Lukas Paketa “Flamenqo”nun gənclər sisteminin yetirməsidir. O, 2019-cu ildə Braziliya klubundan “Milan”a transfer olunub, 2022-ci ilin yayından isə “Vest Hem”də çıxış edirdi. İngiltərə klubunun heyətində bütün turnirlərdə 139 oyuna çıxan yarımmüdafiəçi 23 qol vurub və 15 məhsuldar ötürmə edib.
Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.
