...

Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşları 19 milyard manatı ötüb

İqtisadiyyat Materials 31 Yanvar 2026 14:04 (UTC +04:00)
Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşları 19 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,053 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 334,7 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,022 milyard manat və ya 11,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti