...

"Azərbaycanfilm" ləğv ediləcək? - Rəsmi

Mədəniyyət Materials 30 Yanvar 2026 14:05 (UTC +04:00)
"Azərbaycanfilm" ləğv ediləcək? - Rəsmi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir.

Trend xəbər verir ki, bunu ARKA-nın rəhbəri Rəşad Əzizov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, “Azərbaycanfilm” artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bu mühitdən yararlanmalıdırlar:

"Bu istiqamətdə artıq müəyyən işlər görülür. Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur və hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti