...

İran və Türkiyə çətin günlərdə bir-birinə dayaq olublar - Əraqçi

Dünya xəbərləri Materials 30 Yanvar 2026 15:51 (UTC +04:00)
İran və Türkiyə çətin günlərdə bir-birinə dayaq olublar - Əraqçi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Türkiyə həm qonşu, həm də dost ölkələrdir. Onlar həm çətin günlərdə, həm də asan vaxtlarda bir-birinin yanında olublar. Tarix boyu bu münasibətlər dostluq xarakteri daşıyıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Əraqçi İran xalqına verdiyi başsağlığına görə, Türkiyə XİN rəhbəri Hakan Fidana təşəkkür edib.

“Hər iki ölkə bu məsələdə həmfikirdir ki, regionumuzda baş verən hadisələr bəzi regiondankənar güclərin qeyri-legitim müdaxilələrinin nəticəsidir”,- deyə Əraqçi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti