...

Donorun tapılması üçün uzun müddət gözləmədik - Ürək transplantasiyası icra edilən şəxin anası

Cəmiyyət Materials 31 Yanvar 2026 13:03 (UTC +04:00)
Donorun tapılması üçün uzun müddət gözləmədik - Ürək transplantasiyası icra edilən şəxin anası
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu, əməliyyatı icra etməklə övladıma böyük humanistlik göstərildi.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində Fəridə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əməliyyat üçün heç bir ödəniş etməyiblər:

"Oğlum əməliyyatdan öncə təngnəfəs olurdu, özünü çox narahat hiss edirdi. Əməliyyatı icra edən həkimlərimizə övladımı sağaltdıqları üçün təşəkkür edirəm".

Pasiyentin anası donorun tapılmasında uzun müddət gözləmədiklərini də əlavə edib.

Xəbər lenti

Xəbər lenti