...

Zelenski Putini Kiyevə dəvət etdi

Dünya xəbərləri Materials 30 Yanvar 2026 12:40 (UTC +04:00)
Zelenski Putini Kiyevə dəvət etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimi Zelenski rusiyalı həmkarı Vladimir Putin ilə Moskvaya danışıqlara yollanması ilə bağlı Kreml tərəfindən səsləndirilən israrlı dəvətlərə reaksiya verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Əlbəttə ki, Moskvada Putinlə görüşməyim mümkünsüzdür. Bu, elə Kiyevdə Putinlə görüşməyə bərabərdir. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Açıq şəkildə onu dəvət edirəm, əlbəttə ki, əgər o buna qərar verərsə",- Zelenski jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ukrayna müharibənin real başa çatmasını, nəticə verə biləcək görüş keçirilməsi, mövcud məsələlərin müzakirəsi və həlli barədə konstruktiv razılığa gəlmək istəyir.

"Amma əgər kiminsə görüşmək istəyi yoxdursa, lakin bunu hər hansı səbəbdən açıq deməyə imkan tapa bilmirsə, onda belə dəvətlər Moskvaya səsləndirilir. Nə baş verdiyi aydındır", – ukraynalı prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti