...

Bu imtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

Cəmiyyət Materials 30 Yanvar 2026 17:02 (UTC +04:00)
Bu imtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.

Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.

Sözügedən tələblər Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının müvafiq qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.

Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti