Bakı. Trend:
İraqda prezident seçkiləri fevralın 1-nə təyin olunub.
Trend-in məlumatına görə, yeni tarixi ölkənin Nümayəndələr Şurası müəyyən edib.
Parlamentin yaydığı məlumatda bildirilib ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə bir sıra deputatların and içməsi və ölkə prezidentinin seçilməsi məsələsi daxildir.
Xatırladaq ki, İraqda prezident seçkiləri əvvəlcə yanvarın 27-də keçirilməli idi. Lakin parlament iclası kvorum olmadığı üçün təxirə salınmışdı.
Qeyd edək ki, İraq parlamenti 2025-ci il dekabrın 29-da yeni sədr seçib.
