...

Azərbaycandan ötən il 86 milyon dollarlıq metanol ixrac edilib

İqtisadiyyat Materials 30 Yanvar 2026 11:54 (UTC +04:00)
Azərbaycandan ötən il 86 milyon dollarlıq metanol ixrac edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 86,3 milyon ABŞ dolları dəyərində metanol (metil spirit) ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 18,1 milyon ABŞ dolları və ya 17,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti