...

Ağdamda kişi həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirdi

Hadisə Materials 31 Yanvar 2026 10:25 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Salahov Ceyhun Ağali oğlu həyat yoldaşı Salahova Gülzəndə Abbas qızına balta ilə çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti