...

Zelenski “enerji atəşkəsi” barədə danışıb

Dünya xəbərləri Materials 30 Yanvar 2026 13:04 (UTC +04:00)
Zelenski “enerji atəşkəsi” barədə danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna enerji obyektlərinə zərbə endirməkdən imtina etməklə bağlı konkret öhdəliklər götürməyib, lakin belə bir rejimi qarşılıqlılıq prinsipi əsasında saxlamağa hazırdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Burada heç bir sirr yoxdur. Biz və Rusiya arasında bu məsələ ilə bağlı birbaşa dialoq və birbaşa razılaşmalar olmayıb”, – Zelenski deyib.

O qeyd edib ki, hələlik energetik atəşkəsin əldə ediləcəyini söyləməyə hazır deyil.

“Əgər Rusiya bizim enerji obyektlərimizə, istər istehsal edən, istərsə də digər obyektlərə zərbə endirmirsə, biz də onların enerji obyektlərinə zərbə endirməyəcəyik. Düşünürəm ki, bu, danışıqların vasitəçisinin, yəni ABŞ-nin gözlədiyi cavabdır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti