...

Serj Qnabri “Tottenhem”ə transfer ola bilər

İdman Materials 31 Yanvar 2026 02:31 (UTC +04:00)
Serj Qnabri “Tottenhem”ə transfer ola bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bavariya”nın cinah oyunçusu Serj Qnabri İngiltərənin “Tottenhem” klubuna keçə bilər.

Trend xəbər verir ki, mətbuat əvvəllər London klubunun zədələnmiş Məhəmməd Kudusun yerinə oyunçu axtardığını qeyd etmişdi. Bundan əlavə, hücumçu Brennan Conson bu qış “Kristal Palas”a transfer olunub.

Qnabri 2012-2016-cı illərdə “Arsenal”da çıxış edib, daha sonra Bundesliqaya keçib. Almaniyalı cinah oyunçusu 2017-ci ildən “Bavariya”da oynayır və hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Münhen klubunda olduğu müddətdə o, 310 oyun keçirib, 100 qol vurub və 69 məhsuldar ötürmə edib.

Bu mövsüm 30 yaşlı futbolçu bütün yarışlarda 25 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti