Bakı. Trend:
“World Population Review” statistika təşkilatı ölkələr üzrə dünyanın ən dadlı yeməklərinin olduğu reytinq cədvəli hazırlayıb.
Trend xəbər verir ki, ən dadlı yeməklərə sahib ölkələrin reytinqində Yunanıstan 4,6 bal toplayaraq ardıcıl ikinci il olaraq birinci yerdə qərarlaşıb.
Yunanıstanın ardınca ilk beşlikdə İtaliya (4,59), Meksika (4,52) və Türkiyə (4,5) yer alır.
Azərbaycan mətbəxi 4.07 balla reytinq cədvəlində 55-ci yerdə qərarlaşıb. Siyahıda Azərbaycandan öndə Sloveniya, altda isə Böyük Britaniya mətbəxi gəlir.
Qeyd edək ki, reytinq təxminən 400 min fərdi rəyə əsaslanaraq hazırlanır. Ölkələrə bir ilə beş arasında qiymət verilir.
Reytinqin cədvəlinin sonunda Laos və Nikaraqua yer alıb.
