...

"Microsoft”un səhmləri kəskin ucuzlaşıb

Dünya xəbərləri Materials 30 Yanvar 2026 11:45 (UTC +04:00)
"Microsoft”un səhmləri kəskin ucuzlaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Microsoft” şirkətinin səhmləri yanvarın 29-da keçirilən ticarətlərin yekunlarına görə “Nasdaq” elektron birjasında təxminən 10% ucuzlaşıb. Bu barədə ticarət meydançasının məlumatları göstərir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, belə dinamika şirkətin 2025-2026-cı maliyyə ilinin II rübü üzrə (31 dekabr 2025-ci ildə başa çatıb) maliyyə hesabatının dərc olunmasından sonra qeydə alınıb.

Bakı vaxtı ilə saat 04:59-a olan məlumata görə, şirkətin səhmləri 9,99% ucuzlaşaraq bir səhm üçün 433,5 dollar səviyyəsinə düşüb. Ticarət sessiyası ərzində minimum həddə səhmlərin qiyməti 12,57% geriləyərək bir səhm üçün 421,04 dollar olub.

“Bloomberg” agentliyinin yazdığına görə, bu, 2020-ci ilin mart ayından bəri Microsoft səhmlərinin dəyərində qeydə alınan ən kəskin enişdir. Qeyd olunur ki, şirkət rekord xərclər və bulud xidmətləri satışlarının artım tempinin zəifləməsi barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti