...

Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı açıqlandı

Cəmiyyət Materials 31 Yanvar 2026 11:44 (UTC +04:00)
Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı açıqlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ürək transplantasiya əməliyyatının Qafqazda ilk Azərbaycanda icra olunması üçün uzun yol qət edilib.

Trend xəbər verir ki, bu fikirləri bu gün "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" elmi-praktiki dəyirmi masada çıxışı zamanı Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi üçün əvvəlcə hüquqi baza yaradılıb. Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi hazırlanıb. Bu bazaya bütün transplantasiya həyata keçirən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”, - sədr əlavə edib.

Mərkəz sədri qeyd edib ki, Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti