...

SOCAR-ın Qaz İxracı İdarəsinin 2025-ci ildə ixracdan əldə etdiyi gəlirlər açıqlandı

İqtisadiyyat Materials 30 Yanvar 2026 12:49 (UTC +04:00)
SOCAR-ın Qaz İxracı İdarəsinin 2025-ci ildə ixracdan əldə etdiyi gəlirlər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə etdiyi gəlirlər 61,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ildə ixrac gəlirləri ilə bağlı məlumat dərc olunmayıb.

Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti