...

“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlandı

İdman Materials 30 Yanvar 2026 21:45 (UTC +04:00)
“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

Trend xəbər verir ki, “köhlən atlar” ilk matçını fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab görüşü fevralın 24-də İngiltərədə baş tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti