...

Azərbaycanda Banklararası Kart Mərkəzi vasitəsilə manatla aparılan əməliyyatlar üzrə göstəricilər açıqlandı

İqtisadiyyat Materials 30 Yanvar 2026 14:58 (UTC +04:00)
Azərbaycanda Banklararası Kart Mərkəzi vasitəsilə manatla aparılan əməliyyatlar üzrə göstəricilər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 3,9 milyard manat məbləğində 82,8 milyon emal olunmuş ödəniş əməliyyatı həyata keçirilib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 15,2 milyon əməliyyat və ya 22,5 faiz, dəyər baxımından isə 689 milyon manat və ya 20,4 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda BKM vasitəsilə 3,2 milyard manat məbləğində 67,6 milyon ödəniş əməliyyatı həyata keçirilib.

Xatırladaq ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Bu, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekun icrasını həyata keçirir. BKM müxtəlif bankların kartları ilə aparılan ödənişlərin düzgün şəkildə həyata keçirilməsini təmin edən bir növ “körpü” funksiyasını yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti