Bakı. Trend:
İspaniyada alimlər laboratoriya siçanları üzərində aparılan təcrübələrdə mədəaltı vəzi xərçənginə qarşı ümidverici nəticə əldə ediblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Milli Xərçəng Araşdırma Mərkəzinin tədqiqatçıları “üçlü kombinasiya terapiyası” tətbiq edərək siçanlarda mədəaltı vəzi şişlərinin aradan qaldırılmasına nail olduqlarını açıqlayıblar.
Metod üç fərqli dərmanın eyni vaxtda istifadə olunaraq xərçəng hüceyrələrini müxtəlif mexanizmlərlə zəiflətməsinə əsaslanır.
Alimlər bildirir ki, nəticələr yeni müalicə yanaşmalarının hazırlanmasına imkan yarada bilər. Təcrübə zamanı siçanlarda dərmanlara qarşı müqavimət də müşahidə olunmayıb.
Bununla yanaşı, üsulun insanlar üzərində effektivliyinin təsdiqi üçün klinik sınaqların aparılması zəruri sayılır. Araşdırmanın nəticələri "PNAS" elmi jurnalında dərc olunub.
