Bakı. Trend:
ABŞ-yə aid raket daşıyıcı gəmi (guided-missile destroyer-ing) İsrailin Qırmızı dənizdəki Eilat limana daxil olub.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
İsrail ordusunun məlumatına görə, “USS Delbert D. Black” hərbi gəmisinin gəlişi əvvəlcədən planlaşdırılıb və İsrail Müdafiə Qüvvələri (IDF) ilə ABŞ ordusu arasındakı davam edən əməkdaşlığın bir hissəsidir.
“Times of Israel” yazır ki, İrandakı son hadisələr fonunda son həftələrdə ABŞ hərbi vasitələrini Yaxın Şərqə köçürür, bölgədə mövcud atəş gücü və müdafiə qabiliyyətini artırır.
ABŞ hərbi gəmiləri Qırmızı Dəniz ərazisində müntəzəm olaraq hərəkət edir, lakin onların Eilat Limanına gəlişi nadir hal sayılır.
