...

2025-ci ilin ilk 6 ayında 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib

Cəmiyyət Materials 21 İyul 2025 11:24 (UTC +04:00)
2025-ci ilin ilk 6 ayında 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur.

Trend-in məlumatına görə, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyində 2025-ci ilin 6 ayında görülmüş işlərin yekunları üzrə qısa icmalda öz əksini tapıb.

Belə ki, ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia sənədi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədi daxil olmuşdur. Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə ixtiralar üzrə 36,5%, faydalı modellər üzrə 22,7%, sənaye nümunələri üzrə isə 93,8% artmışdır.

Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 30 (2024-cü ilin müvafiq hesabat dövründə 18) və PCT beynəlxalq sistemi vasitəsilə patent alınması məqsədilə Beynəlxalq Büroya göndərilməsi üçün 3 (2024-cü ilin müvafiq hesabat dövründə 1) iddia sənədi daxil olmuşdur. Daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə Avrasiya Patent İdarəsinə göndərilməsi üçün təqdim olunan iddia sənədləri üzrə 58,8%, Beynəlxalq Büroya göndərilməsi üçün təqdim olunan iddia sənədləri üzrə isə 200% artmışdır.

2025-ci ilin birinci yarısında Dövlət Reyestrində 127 patent (2024-cü ilin müvafiq hesabat dövründə 95 patent), o cümlədən ixtiralara dair 81 (2024-cü ilin müvafiq hesabat dövründə 56), faydalı modelə aid 34 (2024-cü ilin müvafiq hesabat dövründə 30) və sənaye nümunələrinə aid 12 (2024-cü ilin müvafiq hesabat dövründə 9) patent qeydiyyata alınmışdır. Patent fəallığı 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 33,7% artmışdır.

Xəbər lenti

Xəbər lenti