Bakı. Trend:
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.