Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə KİV nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mükafatlandırılan media nümayəndələri arasında xüsusilə Trend BİA və Day.Az-ın əməkdaşları da var.
Belə ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Cəmilə Ocaqova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Alıoğlu isə Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Həmçinin, Day.Az informasiya portalının redaktoru Aytəmiz Məmmədova və Trend BİA-nın baş redaktor müavini Leyla Abdullayeva “Tərəqqi” medalı ilə təltif ediliblər.