...

İtaliya A Seriyasının bombardiri Səudiyyə Ərəbistanına keçib

İdman Materials 22 İyul 2025 02:22 (UTC +04:00)

Bakı. Trend:

Mateo Reteqi “Atalanta”dan ayrılaraq Səudiyyə Ərəbistanına keçib.

Trend xəbər verir ki, İtaliya klubu 26 yaşlı hücumçunun “Əl-Qadisiya”ya transfer olunduğunu rəsmən elan edib.

Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 65 milyon avro təşkil edir.

Reteqi ötən mövsümdə A Seriyanın bombardiri olub – 36 oyunda 25 qol vurub.

Xəbər lenti

Xəbər lenti