Bakı. Trend:
“Mançester Yunayted” “Brentford” klubunun vingeri Brian Mbemoyla müqavilə imzalayıb.
Trend xəbər verir ki, Kamerun millisinin 25 yaşlı futbolçusunun “qırmızı şeytanlar”a keçidi ümumilikdə 71 milyon funt-sterlinqə başa gəlib. Bu məbləğin 65 milyonu dörd hissədə ödəniləcək, əlavə olaraq 6 milyonluq bonuslar nəzərdə tutulub. BBC-nin məlumatına görə, bu bonusların 5 milyon funt-sterlinq hissəsi reallıqda ödənəcək hissədir. Mbemo ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub və əlavə 1 illik uzatma imkanı da var.
Ötən mövsüm Premyer Liqada o, 38 oyunda 20 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “Brentford”un ən məhsuldar oyunçusu olub.
Xatırladaq ki, “Mançester Yunayted” bundan əvvəl “Vulverhempton”dan Mateus Kunyanı 62,5 milyon funt sterlinqə transfer etmişdi.