Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Trend xəbər verir ki, iyulun 30-da Bakıda təşkil olunacaq görüşü İtaliyadan olan hakimlər briqadasına həvalə edilibb.
30 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) oyununa təyin olunan hakimlər isə bunlardır:
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni
Dördüncü hakim: Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)