...

Bu gün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək

İdman Materials 21 İyul 2025 08:55 (UTC +04:00)
Bu gün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 21-də futbol üzrə Avropa kuboklarında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Trend xəbər verir ki, UEFA reytinqinə görə yüksək pillədə qərarlaşan "Qarabağ" komandası artıq öncədən məlum olduğu kimi, bu mərhələnin püşkatmasında "səpələnmişlər", yəni güclülər səbətində yer alacaq.

Azərbaycan çempionunun potensial rəqibi aşağıdakı cütlərin qaliblərindən biri olacaq:

“Rijeka” (Xorvatiya) – “Ludogorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Shkëndija” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

“Lech” (Polşa) – “Breidablik” (İslandiya)

“RFS” (Latviya) – “Malmö” (İsveç)

“KuPS” (Finlandiya) – “Kayrat” (Qazaxıstan)

UEFA püşkatma günü komandaları qruplara bölə bilər, bu halda “Şülburn” – “Qarabağ” cütünün potensial rəqiblərinin sayı 3 cütlə məhdudlaşa bilər.

Püşkatmanın nəticələri "Qarabağ"ın növbəti mərhələdəki rəqibi və səfər/gərginlik baxımından planlaması üçün əhəmiyyətli olacaq.

Xəbər lenti

Xəbər lenti