...

Fransa istənilən texnoloji şirkəti cinayətkar təşkilat elan edə bilər - Pavel Durov

Dünya xəbərləri Materials 22 İyul 2025 08:44 (UTC +04:00)
Fransa istənilən texnoloji şirkəti cinayətkar təşkilat elan edə bilər - Pavel Durov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov bildirib ki, Fransada bəzi bürokratların şəxsi ambisiyaları və karyera maraqları naminə atdığı addımlar ölkə vətəndaşlarının mənafeyi bahasına başa gəlir və texnologiya sahəsinə illərlə yatırılmış sərmayələri ciddi təhlükə altına qoyur.

Trend-in məlumatına görə, Durov bu barədə "X" platformasındakı paylaşımında yazıb.

“Fransada bu gün istənilən texnoloji şirkət asanlıqla cinayətkar təşkilat kimi elan edilə bilər. Texnologiya sahəsinə sərmayələrin cəlb olunması üçün illərlə göstərilən səylər bir neçə bürokratın şəxsi maraqları ucbatından məhv edilir”, – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti