...

Azərbaycanın daxili və xarici dövlət borcu açıqlandı

İqtisadiyyat Materials 22 İyul 2025 13:33 (UTC +04:00)
Azərbaycanın daxili və xarici dövlət borcu açıqlandı
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daxili dövlət borcunun səviyyəsi cari ilin 1 iyul tarixinə 17,177 milyard manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, eyni tarixə xarici dövlət borcunun səviyyəsi 5,011 milyard ABŞ dolları təşkil edib.

Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2,4 milyard manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən, cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1,027 milyard manatın ödənilməsi təmin edilib.

Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.

Dövlət büdcəsinin xərcləri 17,096 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,043 milyard manat və ya 6,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti