...

Astarada külli miqdarda narkotik vasitə aşkar edildi (FOTO)

Gündəm Materials 22 İyul 2025 15:40 (UTC +04:00)
Astarada külli miqdarda narkotik vasitə aşkar edildi (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Trend xəvbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib.

Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti