Bakı. Trend:
Böyük Britaniya hökuməti qanunsuz miqrasiyanı təşkil edənlərə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə “Reuters” Birləşmiş Krallığın DİN-ə istinadən məlumat yayıb.
Yeni sanksiyalarda xarici vətəndaşların qanunsuz yolla ölkə hüdudlarına daxil olmasına şərait yaradan qaçaqmalçı dəstələr və digər əlaqədar qruplar hədəfə alınacaq.
Britaniya hökumətin bundan sonra cinayət və terrora qarşı mübarizə ilə bağlı hüquqi prosedurlardan yan keçərək, qanunsuz miqrasiyaya cəlb olunmuş fiziki və hüquqi şəxslərin aktivlərini dondura, onların ölkəyə girişinə qadağa tətbiq edə və ölkənin maliyyə sisteminə çıxışını əngəlləyə biləcək.
Söhbət ilk növbədə qanunsuz yola əl atmış kiçik rezin qayıq tədarükçülərindən, saxta sənəd təşkil edənlərdən və qaçaqmalçı şəbəkələrə maliyyə xidmətləri göstərən fiziki və hüquqi şəxslərdən gedir.