...

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

İqtisadiyyat Materials 22 İyul 2025 13:18 (UTC +04:00)
Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.

Trend-ə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,096 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,043 milyard manat və ya 6,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti