...

Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə nə qədər vəsait cəlb olunduğunu açıqladı

İqtisadiyyat Materials 22 İyul 2025 12:35 (UTC +04:00)
Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə nə qədər vəsait cəlb olunduğunu açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan) Dəmir Yolu Layihəsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 2,4 milyard avro həcmində yaşıl maliyyə vəsaiti təmin edilib.

Trend xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək sosial şəbəkə hesabında bildirib.

“Beynəlxalq qurumlardan əldə etdiyimiz maliyyə ilə ölkəmizin infrastrukturunu gücləndirir, rəqabət qabiliyyətimizi və məhsuldarlığımızı artırırıq”.

Layihənin maliyyələşdirilməsinə dair sazişlər Xəzinə və Maliyyə Nazirliyi ilə “MUFG Bankın” rəhbərlik etdiyi kreditorlar arasında imzalanıb.

Həmin maliyyə paketinə İsveçin və Avstriyanın ixrac kredit agentlikləri olan EKN və OeKB, həmçinin, İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən İslam İnvestisiya Sığorta və İxrac Kredit Şirkətinin zəmanəti ilə müxtəlif beynəlxalq banklar və institusional investorlar da qatılıb.

Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsidir. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq rayonudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti