...

Konfrans Liqasında 2-ci təsnifat mərhələsi başlayır

İdman Materials 22 İyul 2025 13:02 (UTC +04:00)
Konfrans Liqasında 2-ci təsnifat mərhələsi başlayır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gələcək. Görüşə Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Azərbaycan təmsilçilərindən "Zirə” ilk oyuna sabah çıxacaq. Rəqib isə Xorvatiya “Hayduk”u olacaq. “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti