Bakı. Trend:
Britaniya şahzadələri Harri və Uilyamın dayısı qızı Rozi Roş 20 yaşında həyatını itirib.
Trend xəbər verir ki, bu barədə “The Sun” nəşri yazır.
Şahzadə Diananın qardaşı qızı Norton şəhərində qaldığı evdə ölü vəziyyətdə tapılıb. Qadının meyiti onun anası və bacısı tərəfindən aşkarlanıb.
Nəşrin yazdığına görə, bəzi iddialara görə, şahzadələrin qohumunun meyitinin yanında oldu silah olub. Polis hələlik qətl versiyasını istisna edir.
Rozinin ailəsi və kral III Çarlzın böyük oğlunun ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi məsələni şərh etməkdən imtina edib.