Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə məlum olub

İqtisadiyyat Materials 22 İyul 2025 17:33 (UTC +04:00)
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında (MR) ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Məlumata əsasən, bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz artaraq 808,4 min manat olub.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 228,9 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur", - deyə məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti