...

Azərbaycan təmsilçiləri bu gün altı idman növü üzrə mübarizə aparacaqlar - Universiada

İdman Materials 22 İyul 2025 10:52 (UTC +04:00)
Azərbaycan təmsilçiləri bu gün altı idman növü üzrə mübarizə aparacaqlar - Universiada
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında Azərbaycan təmsilçiləri bu gün altı idman növü üzrə mübarizə aparacaqlar.

Trend xəbər verir ki, idmançılarımız taekvondo, kamandan oxatma, badminton, stolüstü tennis, üzgüçülük və çimərlik voleybolu yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Azərbaycan medal sıralamasında 11-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti